İstanbul Təhlükəsizlik Müdirliyi Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları səhər saatlarında külli miqdarda rüşvət alınmasına qarşı əməliyyata başlayıb.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, şəhərin 10 vilayətində 60 ünvanda axtarış aparılıb, 50 nəfər haqda həbs qərarı verilib.
Həmin şəxslər arasında tannmış məmurların da olduğu bildirilir.
Bir çox şübhəlilərin saxlandığı əməliyyat çərçivəsində ayrı-ayrı ünvanlarda axtarış-əməliyyat tədbirlərinin davam etdiyi vurğulanır.
Kəmalə