19 Fevral 2017 21:14
797
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Donald Trampın avtomobil karvanına daş atanın kimliyi bəlli olub.

Teleqraf.com xəbər verir ki, Floridada olarkən Trampın avtomobil karvanındakı avtomobillərdən birinə hansısa cisim dəyib.

Məxfi xidmət faktla bağlı araşdırmalar aparıb.

Kortejə bərk əşya atan şəxsin şagird olduğu bildirilir. O, əməlini etiraf edib. Şagird tezliklə ittiham olunacaq.

Qeyd edək ki, Trampın sürdüyü avtomobilin dəyəri 1.5 milyon dollar dəyərindədir.
"Cadillac 1" markalı avtomobil gülləkeçirməzdir. Və Tramp içəridən açmasa, heç kəs o, maşında olarkən qapını aça bilməz.

Ayxan


Müəllif: