“Əgər İran həqiqətən də bölgənin ərəb ölkələri ilə ixtilaflarını həll etmək istəyirsə, birinci addımda onların daxili işlərinə müdaxiləsini dayandırmalıdır”.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər üzrə dövlət naziri Ənvər Məhəmməd Qərqaş şəxsi “Twitter” hesabında paylaşıb.
Xatırladaq ki, İranın xarici işlər naziri Məhəmmədcavad Zərif fevralın 19-da Almaniyanın Münhen şəhərində keçirilən Təhlükəsizlik Konfransında çıxış edərək, region ölkələri arasında mövcud ixtilafların aradan qaldırılması üçün danışıqlar aparılmasını təklif etmişdi.
Samir