“Suriyada Rusiyadan və keçmiş SSRİ ölkələrindən böyük sayda döyüşçülər çəmləşib”. Teleqraf.com RİA-Novosti-yə istinadən xəbər verir ki, bunu bu gün Şimal donanmasının zabitləri ilə görüşündə Rusiya prezidenti Vladimir Putin bildirib.
“Bizim öncədən müəyyənləşdirdiyimiz məlumata görə, söhbət minlərdən gedir. Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin, Federal Təhlükəsizlik Xidmətinin məlumatına görə Suriyada 4 minə yaxın Rusiyadan, 5 min keçmiş Sovet İttifaqı ölkələrindən döyüşçülər var. Bizim bu ölkələrlə vizasız rejimdə olduğumuzu nəzərə alsaq, bunun necə böyük, gizli təhlükə ocağı olduğunu başa düşməliyik. Doğma sərhədlərdən uzaqlarda döyüş tapşırığını yerinə yetirənlər birbaşa Rusiya Federasiyasının təhlükəsizliyini təmin edirlər”, deyə Putin hərbçilərə deyib.
Bununla belə, o qeyd edib ki, rus hərbçiləri Suriyada terrorçulara əhəmiyyətli ziyan vurub
"Beynəlxalq terrorçuluğa qarşı mübarizə aparan bütün ölkələrin gücü sayəsində müsbət nəticə əldə olunub. “Nəticədə Suriya hakimiyyəti ilə silahlı müxalifət arasında sülh danışıqlarının davam etdirilməsi üçün şərait yaranıb”, deyə Rusiya prezidenti qeyd edib.
Səxavət