25 Fevral 2017 15:00
586
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəşər Əsədin hərbi və mülki kəşfiyyat idarələrinin binalarına hücum olub.

Teleqraf.com xəbər verir ki, partlayışlar nəticəsində çoxsaylı insan tələfatı olub, Bəşər Əsədə bağlı olan inzibati binalarda dağıntılar qeydə alınıb.

Suriyanın Humus şəhərindəki hərbi bazalara edilən kamikadze hücumunda 42 nəfərdən çox insan öldürülüb. Humusda hökumət binalarını hədəfə alan iki ayrı partlayış da qeydə alınıb.

Londonda yerləşən Suriya Müşahidə Təşkilatı elan edib ki, hədəfə alınan iki binanın biri Suriya Kəşfiyyat İdarəsinə, digəri Hərbi Kəşfiyyat Təşkilatına aiddir.

Cavad


Müəllif: