Yaponiya imperatoru Akihito və imperatriçə Miçikonun Vyetnama ilk tarixi səfəri reallaşıb.
Teleqraf.com xəbər verir ki, dünən günün ikinci yarısında göyərtəsində imperator cütlüyünün olduğu Yaponiya hökumətinə məxsus təyyarə Hanoy hava limanında yerə enib.
Altı günlük səfər çərçivəsində imperator və onun xanımı yüksək səviyyəli dövlət qonağı kimi müxtəlif rəsmi tədbirlərdə iştirak edəcəklər.
Bu gün isə imperator Akihito Vyetnamın Prezidenti Çan Day Kuanqın adından təşkil ediləcək rəsmi ziyafətdə nitq söyləyəcək.