7 Mart 2017 15:11
488
12 Punto 14 Punto 16 Punto 18 Punto

"2004-cü ildə Gürcüstanda Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski və Moskva meri Yuri Lujkova sui-qəsd hazırlanmışdı".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Gürcüstan Hərbi Dəniz Qüvvələrinin sabiq komandan müavini Viktor Çelidze məlumat verib.

Onun sözlərinə görə, Gürcüstanın o zamankı prezidenti Mixail Saakaşvili ölkənin hərbi dəniz qüvvələrinin komandanı Zurab İremadzeyə Jirinovkinin və Lujkovun olduğu gəminin vurulması əmrini vermişdi:

"Saakaşvili Zurabı yanına çağırdı və dedi, Suxumiyə gəmi gəlir. Jirinovski və Lujkov göyərtədə olacaq. Bu gəmini batırmaq lazımdır. Biz bunu etmədik və iki gün sonra Oremadze qəfil öldü. Ekspertiza və araşdırma aparılmadı".

Qeyd edək ki, 2004-cü ilin avqustun 3-də Saakaşvili Abxaziyaya yaxınlaşmaq istəyən bütün gəmilərin batırılması əmrini vermişdi.

Samir


Müəllif:

Oxşar xəbərlər