ABŞ-ın "Hawaiian Airlines" aviaşirkətinin Las-Veqasdan Havay adalarına uçuş həyata keçirən təyyarəsi məcburi eniş etməli olub.
Teleqraf.com-un məlumatına görə, sərnişinlərdən biri göyərtə bələdçisindən istədiyi yorğan üçün tələb olunan 12 dolları ödəməkdən imtina edib və aviaşirkətin rəsmi nümayəndəsi ilə görüşün təşkil olunmasını tələb edib.
Nəticədə pilot təyyarəni Los-Anceles hava limanında endirməli olub.
Həmin sərnişin polis tərəfindən sorğu-sual olunduqdan sonra sərbəst buraxılıb və digər reyslə yola davam edib.