10 Mart 2017 13:24
675
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qırğızıstanda qəbristanlıqları fərqli dini inanclar üzrə bölməyə hazırlaşırlar.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə dəyirmi masada Qırğızıstanın dini işlər üzrə Dövlət Komissiyası rəhbərinin müavini Zakir Çotayev danışıb.

Onun sözlərinə görə, son vaxtlar dəfn prosesində müsəlman qırğızlarla digər din mənsubları arasında toqquşmalar olur: "Problemi aradan qaldırmaq üçün qəbristanlıqları sektorlara bölməyi təklif edirik. Bu məsələni Qırğızıstan Müsəlmanlar İdarəsi ilə razılaşdırmışıq. İdarədən bildirdilər ki, məzarlıq ərazisini təbii şəkildə, məsələn, araya səki qoymaqla bölmək daha düz olar".

Dövlət Komissiyasının məsləhətçisi Gülnaz İsayeva deyib ki, qəbristanlıqların böyük hissəsi müsəlmanlara məxsus olacaq, çünki ölkə əhaslinin 90 faizi islama sitayiş edir: "Zərurət yaranarsa və digər dini icmalardan müraraciət gələrsə, məzarlıqda onlara da yer ayrılacaq".

MAHİR


Müəllif:

Oxşar xəbərlər