Rusiya və Türkiyə arasında vizasız rejimə keçidi sürətləndirmək lazımdır. Trend-in məlumatına görə, bunu Türkiyə lideri Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüşündən sonra bildirib.
Türkiyə prezidenti qeyd edib: "Vizasız rejim üçün addımlar atırıq. Düşünürəm bu məsələni tezləşdirmək lazımdır".
Ərdoğan Türkiyə və Rusiya arasında aviareyslərin sayının artırılmasını da vacib addımlardan sayıb.
Bundan başqa, dövlət başçısı Türkiyənin Rusiyadan MS-21 təyyarələrinin tədarükündə maraqlı olduğunu deyib.