Putin Suriyanın ərazi bütövlüyünün tərəfdarı olduğunu hər dəfə dilə gətirir. Silahlı terror təşkilatlarının əleyhinə olduğunu, xüsusilə də Türkiyəyə qarşı belə bir addımı təsdiq etməyəcəklərini vurğuladı.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya səfərindən qayıdan zaman təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Rakka da daxil olmaqla, İŞİD-lə mübarizə məsələsində birgə fəaliyyət göstərə biləcəyimizi düşünürük. Türkiyə, ABŞ və Rusiya Baş Qərargah rəislərinin birgə fəaliyyətləri bunun bünövrəsi ola bilər. Bu məsələdə təlimatlarımızı onlara verəcəyik. Ruslar bizə deyir ki, biz silahlı qruplaşmaların yanında sizə qarşı yer almarıq”.