Barselona yaxınlığında balıqçı qayığı Rusiyaya məxsus ticarət gəmisi ilə toqquşub.
Hadisə nəticəsində qayıq batıb, iki nəfər itkin düşüb, daha iki nəfər xilas edilib.
İnsidentin səbəbləri barədə məlumat verilmir.
Hazırda xilasedicilər itkin düşənlərin axtarışlarını davam etdirirlər.
/APA/