21 Mart 2017 16:55
520
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya lideri Bəşər Əsədlə selfi çəkdirən İtaliya senatoru Antonio Razzi ölkə ictimaiyyəti və mediası tərəfindən kəskin tənqidə məruz qalıb.

Teleqraf.com xəbər verir ki, sabiq baş nazir Silvio Berluskoninin "Forza İtaliya" ("İrəli İtaliya") Partiyasının üzvü, Senatda xarici işlər komissiyasının katibi Antonio Razzi avropalı və rusiyalı parlamentarilərdən ibarət bir heyətlə Suriyaya səfər çərçivəsində Şamda Bəşər Əsədi ziyarət edib.

Görüş zamanı Razzi Suriya lideri Bəşər Əsədlə selfi çəkdirib. Daha sonra çəkdirdiyi fotonu Twitter hesabından paylaşan Razzi gözləmədiyi halda sərt tənqidlə rastlaşıb.


Qeyd edək ki, bir müddət əvvəl bir qrup parlamentari ilə Şimali Koreya lideri Kim Jong-Un ilə bir araya gəlmiş senator Razzi ölkə daxilində ciddi tənqid edilmişdi.

Hazırda Bəşər Əsədin lideri olduğu Suriyada vətəndaş müharibəsi gedir və yüz minlərlə insan öldürülüb. Razziyə etiraz edənlər bu fotonu “utanverici selfi” adlandırıblar.

Cavad


Müəllif: