24 Mart 2017 19:42
482
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) “Avroviziya-2017” mahnı müsabiqəsində Rusiya təmsilçisi Yuliya Samoylovanın ölkəyə girişinin qadağan edilməsinə dair qərarı dəyişmək niyyətində deyil.

Teleqraf.com-un Report-a istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə UTX rəhbərinin məsləhətçisi Yuri Tandit bildirib.

“Biz öz sözümüzü demişik. Nə etmək lazımdırsa, onu etmişik”, - o, əlavə edib.

Tandit həmçinin qeyd edib ki, UTX "Avroviziya-2017" zamanı təhlükəsizliyi təmin etmək üçün bütün zəruri tədbirləri görür.


Müəllif:

Oxşar xəbərlər