Xuzistan əyalətinin Əhvaz şəhərinə səfər edən İranın sabiq prezidenti Mahmud Əhmədinejad əhali qarşısında çıxış edərək, onu vaxtaşırı tənqid edən ölkənin hazırki prezidenti Həsən Ruhaniyə qarşı çox sərt bəyanatlar səsləndirib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, öz hökuməti dövründə xaricdən ölkəyə idxal edilən mallara qoyulan subsidiyaların ləğvi qarşılığında ölkə əhalisinin hər birinə ayda ödənilən 45 min tümən maddi yardıma toxunan Əhmədinejad İran prezidentinin adını çəkməsə də, Ruhanini bu yardımı kəsməyə cəhd göstərdiklərinə görə kəskin qınayıb:
“Sən kimsən ki, millətin sözünü qəbul etmirsən. Ölkə əhalisinin 97 faizi bu yardımı tələb etdiyi halda sən niyə millətin istəyinə qarşı çıxırsan. Olmaya 80 milyon insan anlamır, təkcə sən anlayırsan. Unutma ki, səni indiki yerinə qaldıran elə həmin millət olub”.
Samir