Londonda törədilən terror aktında şübhəli bilinən daha 1 nəfər saxlanılıb.
Publika.az xəbər verir ki, bu barədə Skotland-Yardın mətbuat xidməti məlumat verib.
Hazırda hadisə ilə əlaqədar 2 nəfər həbsdədir. Bundan əvvəl 10 şübhəliyə qarşı cinayət təqibinə xitam verilib.
Qeyd edək ki, martın 22-də Londonda terror aktı nəticəsində 4 nəfər ölüb, 50 nəfər xəsarət alıb. Terrorçu, 52 yaşlı Xalid Məsud hücum zamanı polis tərəfindən məhv edilib. Hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.