8 Aprel 2017 00:28
537
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlu bu gün Suriya məsələsini müzakirə ediblər.

Teleqraf.com "RİA Novosti"yə istinadən xəbər veror ki, telefon danışığı zamanı Lavrov ABŞ-ın Suriyaya hərbi müdaxiləsinin Moskva və Ankaranın Suriyada böhranın nizamlanması səylərinə sarsıdıcı zərbə olduğunu diqqətə çatdırıb.


“Tərəflər Xan-Şeyxunda baş verən hadisələrin obyektiv, qərəzsiz araşdırılması, həmçinin bundan əvvəl terror qruplaşmaları tərəfindən kimyəvi silahdan istifadə edilməsi hallarının öyrənilməsinin vacibliyini vurğulayıblar”, məlumatda qeyd edilib.


Sergey Lavrov və Mövlud Çavuşoğlu Suriyada sülhə nail olmaq üçün yeganə yol kimi danışıqların davamına alternativin olmadığını vurğulayıblar.


Müəllif:

Oxşar xəbərlər