17 Aprel 2017 12:31
1 486
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə baş tutan referendumun nəticələri açıqlandıqdan sonra paytaxt Ankarada CHP-nin baş ofisi qarşısında etiraz aksiyası başlayıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, etirazçılar Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvləridir və onlar partiya sədri Kamal Kılıçdaroğlunun istefasını tələb edirlər.

Etirazçıların fikrincə, referendumun nəticələrindən "Evet" cavabı çıxması Kılıçdaroğlunun iştirak etdiyi 8-ci seçkidə məğlub olması deməkdir. Onlar Kılıçdaroğlunu bacarıqsızlıqda ittiham ediblər.

Samir


Müəllif:

Oxşar xəbərlər