19 Aprel 2017 13:15
1 226
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyalı deputatlar terrora görə mühakimə olunan şəxslərin ölkə vətəndaşlığından məhrum edilməsi haqqında qanun layihəsini Dövlət Dumasına təqdim ediblər.

Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbərinə görə, qanun layihəsinin müəllifləri parlamentin aşağı palatasının 4 fraksiyasının rəhbərləri - Vladimir Vasilyev( "Vahid Rusiya"), Gennadi Züqanov (Rusiya Kommunist Partiyası), Vladimir Jirinovski (RLDP) və Sergey Mironovdur ("Ədalətli Rusiya").

Qanun layihəsində "Rusiya vətəndaşlığı haqqında" federal qanunun 22-ci maddəsinə dəyişiklik təklif olunur. Təklif olunan dəyişiklikdə terrora görə mühakimə olunan şəxslərin Rusiya vətəndaşlığından məhrum edilməsi nəzərdə tutulur.

Nihad


Müəllif:

Oxşar xəbərlər