Bu barədə Avropa Parlamentində qərar qəbul olunub. “Türkiyədə demokratik prinsiplərin işləməsi” ilə bağlı keçirilən müzakirələrdə Türkiyənin “2004-cü ildə çıxdığı monitorinq müddətinə qaytarlması ilə bağlı qanun layihəsi” səsverməyə çıxarılıb. Səsvermənin nəticələrinə görə, qanun layihəsi qəbul edilib.
Avroparlamentarilər Türkiyədə demokratiyanın zəiflədiyini, ötən il dövlət çevrilişinə cəhddən sonra ölkədə fövqəladə vəziyyətin elan olunmasının insan haqlarına zidd olduğunu iddia edirlər. (publika.az)