Teleqraf.com BBC-yə istinadla xəbər verir ki, "İrəli" hərəkatının lideri bunun qaçılmaz olduğunu deyib:
"Biz Avropanı yenidən qurmalıyıq, bizə xalqımızı qorumaq və qloballaşmamızı idarə etmək üçün yeni Avropa Birliyi lazımdır. Əgər mən Avropa Birliyində qalmaq qərarını versəm, onda xalqımı satmış olaram. Mən belə etmək istəmirəm".
Prezidentliyə digər namizəd Marin Le Pen də Avropa İttifaqına qarşı çıxıb. "Xalq cəbhəsi" partiyasının namizədi Avropa Birliyinə alternativ təklif edib:
"Mən avropalıyam. Amma mən kursdan kənara çıxan bu siyasi stukturu istəmirəm. Təklif edirəm ki, yeni təşkilat yaradaq və yeni ad fikirləşək. Məsələn, ölkələrə layihələr üzrə birləşməyə imkan verən və onların milli maraqlarını müdafiə edən "Müstəqil və suverən dövlətlərin Avropa Alyansı" yaradılsın".
Qeyd edək ki, Fransada aprelin 23-də keçirilən prezident seçkilərinin birinci turunun nəticələrinə əsasən, Emanuel Makron 24,01% və Marin Le Pen 21,3% səs toplayaraq, ikinci tura vəsiqə qzanıblar. Seçkilərin növbəti turu mayın 7-də keçiriləcək.
Samir