9 May 2017 23:38
1 389
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın sabiq dövlət katibi Kondaliza Rays hesab edir ki, Donald Trampın Vladimir Putinlə danışıqlar zamanı əsas “kozır”ı ABŞ Silahlı Qüvvələrinin gücü olmalıdır.

Teleqraf.com xəbər verir ki, o, bu barədə “Foks Nyus” telekanalına müsahibəsində bildirib.

“ABŞ Silahlı Qüvvələrinin daşındırıcı alət kimi rolu bərpa olunmalıdır”, - keçmiş dövlət katibi bildirib. Onun sözlərinə görə, Tramp “yox” deməyə qorxmur.

K.Rays daha sonra deyib: “Tramp Putinə imkan verir ki, o, soyuq müharibənin başa çatdığını, Şərqi Avropadakı müttəfiqlərimizin bizə doğru gəlməyə haqlarının olduğunu və ABŞ prezidentinin ehtiyac yarandığı təqdirdə onları müdafiə edəcəklərini anlasın”.

Səxavət


Müəllif: