11 May 2017 01:39
760
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyi qonşu ölkələrlə üzvlük məsələsini müzakirə edir. Biz bu məsələdə ciddiyik.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Avropa Birliyinin xarici məsələlər üzrə komissarı Federika Moqerini deyib.

Fransadakı prezident seçkiləri haqqında danışan komissar bildirib ki, son zamanlar seçkilərdə avropalılar Avropa Birliyi ilə yollarına davam etmək qərarında olduğunu ortaya qoyub:

“İngiltərənin Avropa Birliyindən ayrılması qərarından sonra bir çox qruplar Avropa Birliyi üçün sonun başlanğıcı iddiasında oldu. Amma son 10 ayda Avropa Birliyi ciddi dayanıqlıq testindən uğurla çıxdı”.

Federiko Moqerini qeyd edib ki, Avropa Birliyində birlikdə irəliləmək qərarlığı hakimdir:

“Mənim fikrimcə, avropalılar nələri itirə biləcəklərini gördülər. Seçkilərdə tərəf seçərkən avropalılar iradələrini ortaya qoyurlar. Hollandiya, Avstriya və Fransadakı seçkilər bunu ortaya qoydu”.

İngiltərənin Avropa Birliyindən ayrılmasından sonra qurumun genişlənmək üçün addımlar atdığını deyən Moqerini bildirib ki, başda Balkanlar olmaqla bir çox qonşu ölkələrlə üzvlüklə bağlı müzakirələr davam edir:

“Bu müzakirələrdə mən də iştirak edirəm. Bu məsələdə ciddiyik”.

Cavad


Müəllif:

Oxşar xəbərlər