28 May 2017 12:48
973
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çilinin Atakama səhrasında “Böyük Avropa ekstremal teleskop”nun inşasına başlanılıb.

Teleqraf.com-un məlumatına görə, ekzoplaneti araşdıracaq aparat 2014-cü ilədək inşa olunacaq və dünyanın ən nəhəng teleskopu olacaq.

Tikintinin təməlini Çili Prezidenti Mişel Baçelet qoyub.

“Burda təkcə teleskop deyil, həm də elm və texnologiyanın mühüm sübutlarından biri, eyni zamanda beynəlxalq əməkdaşlıq inşa ediləcək”, - deyə, Çili Prezidenti qeyd edib.

Avropa Cənub Rəsədxanası layihəsini maliyyələşdirənlərin sözlərinə görə, tikinti 1 milyard avroya başa gələcək.


Müəllif: Səxavət

Oxşar xəbərlər