Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, əvvəllər Dubay polisi dəyəri 550 min dollar qiyməti olan “Lomborghini” avtomobilindən istifadə edib. 2013-cü ildən Dubay polisinə super avtomobillər gətirilib.
Hazırda Dubay polisinin qarajında “Bugatti Veyron” kimi avtomobillər var. Bununla dünyanın ən sürətli avtomobil Dubay polisinə məxsus olub. Ginnesin Rekordlar Kitabında da dünyanın ən bahalı və ən sürətli avtomobillərinin Dubay polisində olduğu qeyd edilir.
Maksimum 404 kilometr sürətə çatan avtomobillər 2,5 saniyəyə 0-100 sürət toplamaq imkanındadır.
Buna qədər isə Ginnesin Rekordlar Kitabında ən bahalı avtomobillər İtaliya polisində olub. İtaliya polisinin istifadəsinə verilən “Lomborghini Gallardo LP60-4” maksimum sürəti saatda 370 kilometr olub.