Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə İrlandiyanın Cork şəhərində Texnologiya Universitetində oxuyan tələbələrin təşkil etdiyi bir partidə çəkilib. Burada iki gəncin ölü bir delfini mətbəxə gətirib rəqs etdikləri ortaya çıxıb.
Heyvanlara Qarşı Qəddar Davranışların Qarşısının Alınması Təşkilatı bu hadisəni pisləyib. Qurumun sədri bəyan edib ki, ölü delfini ortaya qoyaraq onun ətrafında rəqs etmək, foto çəkdirmək gerizəkalılıq əlamətidir.
Araşdırmadan sonra bəlli olub ki, delfini tələbələr öldürməyib, sadəcə olaraq bir qrup gənc şəhərin qərb istiqamətindən gətirib.
Bu arada bəlli olub ki, İrlandiyada dəniz heyvanları ilə bağlı radikal çıxışları ilə gündəmə gələn Paul Vatson sosial şəbəkə vasitəsilə elan edib ki, ölü delfinlə şəkil çəkdirən gənclərin şəxsiyyəti haqda ona məlumat verənlərə 2 min avro mükafat verəcək.