3 İyul 2017 20:03
648
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Taliban" terrorçuları Əfqanıstanın Qunduz bölgəsində nəzarət-buraxılış məntəqəsini ələ keçirib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu məntəqə Qunduzla Balqan bölgələrini birləşdirən yolun üzərində yerləşir.

Məlumatlara görə, baş verən atışma zamanı yerli qüvvələr arasında çox sayda itki qeydə alınıb.

Hazırda bölgədə şiddətli döyüşlər davam edir.


Müəllif: Samir