4 İyul 2017 16:39
780
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstriyanın Romadakı səfiri İtaliyanın Xarici İşlər Nazirliyinə çağırılıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, buna səbəb Avstriya rəhbərliyinin sərhəddə miqrant axınını məhdudlaşdırmaqla bağlı verdiyi qərar olub.

İtaliya rəhbərliyi hesab edir ki, Avstriya tərəfinin müvafiq qərarı Avropa Birliyinin miqrasiya qanununu pozur.

Məlumatda qeyd edilib ki, səfirə İtaliya tərəfinin notası təqdim edilib.


Müəllif: Samir

Oxşar xəbərlər