İstehsalın açılışı mərasimində ölkənin Müdafiə naziri Hüseyn Dehqan iştirak edib.
Nazir çıxışında qeyd edib ki, “Sayad-3” raketlərinin istehsalında müasir dünya texnologiyaları nəzərə alınıb. “Bu raketlər təhlükə mənbəyi olan istənilən hədəfi – “görünməyən” qırıcılar, pilotsuz uçan aparatlar, qanadlı raketlər, helikopterlər və digər uçan vasitələri vurmağa qadirdir”,- deyə müdafiə naziri qeyd edib.
Onun sözlərinə görə, “Sayad-3” raketlərinin vurma məsafəsi təqribən 120 km-ə yaxındır./apa/