Teleqraf.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.
Məlumata görə, epidemiyanın başda paytaxt olmaqla Amran, Hudey və Həcə vilayətlərində sürətlə yayılır. Ölkədə təxminən 200 min nəfərin vəbaya yoluxduğu bildirilir. Xəstəliyə yoluxanların 50%-nin uşaqdır.
Qeyri-hökumət təşkilatlarının məlumatına görə, dəqiqədə bir uşaq epidemiyaya yoluxur. Vəba xüsusilə təmiz su olmayan yerlərdə qeydə alınır.
Yəməndə iki ildən çox müddətdir davam edən qarşıdurmalar üzündən ölkə daxilində evini tərk etmək məcburiyyətində qalan 3 milyon nəfər vəbaya yoluxmaq riski ilə üzləşib.