1 Avqust 2017 11:38
727
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp oğlunun rus vəkil Natali Veselnikova ilə görüşməsi barədə xəbər yayıldıqdan sonra hərəkətə keçib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı "Vaşinqton post" nəşri adının çəkilməsini istəməyən amerikalı rəsmiyə istinadla məlumat yayıb.

Mənbənin sözlərinə görə, Tramp oğlunun özünə haqq qazandıran çıxışını şəxsən hazırlayıb:

"Tramp iyulun 8-də G-20 sammitindən qayıdarkən, təyyarədə mətni hazırlayıb. O, bu məsələnin müzakirə olunmayacağını bildirib. Trampın komandasından olan şəxslər bunun böyük problemlər yaradacağını bildirsələr də, ABŞ prezidenti buna məhəl qoymayıb".

"Vaşinqton post" nəşrinin bu informasiyanı yaymasından sonra Donald Trampın vəkili Cey Sekulov açıqlama verərək, bu məlumatların yalan və əsassız olduğunu bildirib.

Oğul Trampın vəkili Alan Futerfas da bu informasiyanı təkzib edib və bildirib ki, onun müdafiə etdiyi şəxs rus vəkillə görüş ilə bağlı xəbərin yayılmasından dərhal sonra açıqlama verməyə hazır olub.

Qeyd edək ki, görüş 2016-cı ilin yaz aylarında baş tutub. Oğul Tramp görüş zamanı övladlığa götürülmə məsələsinin müzakirə olunduğunu bildirib. Ancaq yerli media rus vəkilin görüşdə Trampa prezidentliyə digər namizəd Hillari Klintonla bağlı məxfi məlumatlar çatdırdığını iddia edib. Görüşdə Trampın kürəkəni və köməkçisi Cared Kuşner də iştirak edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər