2 Avqust 2017 23:09
826
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mən sənədi xalqın birliyi naminə imzaladım. Qanun Rusiya tərəfinin ABŞ-la əlaqələri yaxşılaşdırması üçün yeni addım atacağı ilə bağlı Amerika xalqının arzularını əks etdirir".

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Rusiya, İran və Şimali Koreyayay qarşı genişləndirilmiş sanksiya haqqında qanuna münasibət bildirərkən qeyd edib.

Tramp bildirib ki, Amerika xalqı Rusiyadan əlaqələrin yaxşılaşdırılması ilə bağlı yeni addım gözləyir.

Bununla belə ABŞ prezidenti bəyan edib ki, üç ölkəyə qarşı imzaladığı sanksiyalara dair qanunda ciddi nöqsanlar var.

"Rusiya, İran və Şimali Koreyanın aqressiv və dağıdıcı hərəkətlərinə qarşı sərt tədbirləri dəstəkləsəm də, qanunda ciddi nöqsanlar mövcuddur. İlk növbədə ona görə ki, sənəd icra hakimiyyətinin danışıqlar aparmaq hüququnu məhdudlaşdırır. Bu isə ABŞ xalqının rifahına yönələn sazişlərin bağlanmasını mürəkkəbləşdirəcək, Çin, Rusiya və Şimali Koreyanı isə bir-birinə yaxınlaşdıracaq" - deyə, D.Tramp qeyd edib.

D.Tramp həmçinin Konqresin dövlət başçısının Rusiya üzərindən sanksiyaları aradan qaldırmaq hüququndan məhrum edilməsinə dair qərarını da pisləyərək vurğulayıb ki, sanksiyalar barədə qanunu ABŞ-ın milli birliyi naminə imzalayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər