9 Avqust 2017 21:21
849
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Nazirlər Kabineti ölkədə araq və digər spirtli içkilərin minimal pərakəndə satış qiymətlərini qaldırıb.

Məlumata görə, bu barədə qərar hökumətin iclasında qəbul edilib.

Minimal qiymətlər içkinin növündən asılı olaraq 14 faizdən 19 faizədək artırılıb.

Nazirlər Kabineti bu qərarını spirtli içkilərə tətbiq olunan aksiz vergisi yığımlarının yüksəldiyi vaxtda, minimal qiymətlərin ötən ilin noyabrından dəyişməməsi ilə izah edib.

Qərar dərc olunduğu gündən 10 gün sonra qüvvəyə minəcək. (Trend)


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər