11 Avqust 2017 12:17
1 145
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Ukraynaya səfər edə bilər.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu açıqlamanı Ukrayna baş prokurorunun müavini Yevqeni Yenin verib.

Onun sözlərinə görə, Ukraynaya gəlmək üçün Saakaşviliyə viza lazım olacaq: “O, qanunsuz yolla ölkəyə girməyə çalışsa, cinayət məsuliyyətinə cəlb ediləcək”.

Qeyd edək ki, Saakaşvili iyulun 26-da Ukrayna Prezidenti Petro Poroşenkonun sərəncamı ilə ölkə vətəndaşlığından çıxarılıb.


Müəllif: Samir

Oxşar xəbərlər