Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, M. Bakiri səfər çərçivəsində türkiyəli həmkarı Hülusi Akarla görüşəcək.
Məlumata görə, heyət üzvləri üç gün davam edəcək səfər çərçivəsində Türkiyədə hərbi və siyasi rəhbərlərlə də məsləhətləşmələr aparacaq.
Tərəflər terrorla mübarizə, regional təhlükəsizlik, müdafiə sahəsindəki ikili münasibətlər və sərhəd əməkdaşlığı kimi məsələləri müzakirə edəcəklər.