ABŞ Cənubi Koreyada raket əleyhinə təkmilləşdirilmiş “Petriot” kompleksləri yerləşdirir.
Teleqraf.com xəbər veri ki, bu barədə Cənubi Koreyaın KBS telekanalı məlumat yayıb.
Məqsəd ölkəni Şimali Koreyanın təhdidindən qorumaqdır. Məlumata görə, ABŞ-ın Cənubi Koreyadakı hava hücumundan müdafiə qüvvələrinin 35 briqadası “Petriot” raketləri ilə təchiz olunub. Buna qədər yeni komplekslərin sınağı keçirilib. Kompleks 8 ay bundan öncə təkmilləşdirilib.
Telekanal qeyd edir ki, artıq Osan, Suvon, Kunsan və Kvandju hərbi bazalarında 12 zenit-raket qurğuları mövcuddur. Ancaq onların bu dəfə hansı modifikasiyaya malik olduğu məlum deyil.