16 Avqust 2017 18:47
922
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreya rəhbərliyinə təzyiq göstərmək üçün ölkənin hərbi və nüvə obyektlərinə aviazərbələr endirilməsini amerikalıların 47 faizi dəstəkləyir.

Teleqraf.com-un məlumatına görə, “Politiko” nəşri ilə “Morning Consult” kompaniyasının birgə sorğusu bu nəticəni üzə çıxarıb.

Hər üç ABŞ vətəndaşından biri Şimali Koreyada yerüstü əməliyyatlara başlamağa razıdır. Ancaq amerikalılar arasında ən populyar olan vasitə diplomatik təzyiq və əlavə sanksiyaların tətbiqidir. Şimali Koreya rəhbərliyinə təzyiq göstərilməsini rəyi soruşulanların 78, əlavə sanksiyaların tətbiqini isə 73 faizi dəstəkləyir.

Sorğu avqustun 10-dan 14-dək qeydiyyatda olan 1997 seçici arasında keçirilib.


Müəllif: Səxavət

Oxşar xəbərlər