Livan ordusu İŞİD terror qruplaşmasının ölkənin Suriya ilə sərhəddə yerləşən mövqelərinə hücuma başladığını bəyan edib.
Teleqraf.com-un məlumatına görə, bu barədə “Röyters” agentliyi təhlükəsizlik orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.
Qeyd olunur ki, Livan Silahlı Qüvvələri yaraqlıların üzərinə Raas-Baalbek yaşayış məntəqəsin yaxınlığından hücuma keçməyi planlaşdırır. Mənbə bildirib ki, terrorçulara qarşı raketlərdən, artilleriya və vertolyotlardan istifadə ediləcək.
Livan ordusu son iki həftədə İŞİD-çilərin mövqelərinə intensiv atəş açır. Hərbi ekspertlərin fikrincə, bu atəş açmalar Livan ərazisini İŞİD-dən azad etmək üçün həyata keçiriləcək quru əməliyyatlarının bir hissəsi kimi qiymətləndirilməlidir.