23 Avqust 2017 00:54
829
12 Punto 14 Punto 16 Punto 18 Punto

Barselona hücumunu törətməkdə şübhəli bilinən şəxs məhkəmə qarşısında daha böyük hücumun planlaşdırıldığını etiraf edib.

Teleqraf.com "BBC" agentliyinə istinadən xəbər verir ki, Mohamed Houli Chemlal dörd şübhəlinin dinləmələrə çıxarıldığı Madrid məhkəməsində ifadə verib. O, çərşənbə günü Alkanar şəhərində evi darmadağın edən partlayışda xəsarət alıb. İddialara əsasən həmin mənzildə hücumlar üçün bomba hazırlanırmış.

Ötən həftə Barselona və başqa yerlərdə baş verən hücumlar 15 nəfərin ölümünə səbəb olub, daha 100 nəfər xəsarət alıb. Həmləni həyata keçirən şəbəkənin 8 üzvündən ikisi Alkanar partlayışında ölüb. Daha 6 nəfər isə polis atəşi ilə öldürülüb.

Basqında şübhəli bilinən sonuncu şəxs bazar ertəsi Barselonadan qərbdə yerləşən üzüm bağlarında qətlə yetirilib. Hadisədən sonra həbs edilmiş şübhəlilər məhkəməyə çıxarılmaq üçün Barselonadan Madridə gətirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər