23 Avqust 2017 14:26
1 051
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarkov apellyasiya məhkəməsinin binası ildırım vurması nəticəsində yanıb.

Teleqraf.com xəbər verir ki, yanğın 2 min kvadrat metrə yaxın ərazini əhatə edib.

Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətindən bildiriblər ki, avqustun 22-i saat 19:40-da başlayan yanğını avqustun 23-ü, saat 06:50-də söndürmək mümkün olub. Yanğın nəticəsində üçmərtəbəli binanın damı tamamilə məhv olub. Ölən və xəsarət alan olmayıb.

Yanğının ildırım vurması nəticəsində baş verdiyi təsdiqlənib.


Müəllif: Səxavət