24 Avqust 2017 17:06
805
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kiyevin mərkəzində yerləşın hökumət məhəlləsində naməlum əşya partlayıb.

Teleqraf.com xəbər verir ki, partlayış Ukraynanın müstəqillik günü ilə bağlı tədbirlər keçirilərkən baş verib.

Paytaxt polisinin mətbuat xidmətindən bildirilib ki, nəticədə bir qadın və bir kişi bədən xəsarəti alıblar. Hadisə yerində əməliyyat-istintaq qrupu və partlayıcı maddələr üzrə ekspertlər işləyirlər.

Polis partlayışın bütün incəliklərini araşdırır. Zərərçəkmişlər haqqında məlumat dəqiqləşdirilir.

Hromadske.ua nəşrinin məlumatına görə, partlayış Qruşevski küçəsinin Dinamo stadionu və Nazirlər Kabinetinin binası yaxınlığından keçən hissəsində baş verib. Bu ərazi yaxınlığında Ukraynanın müstəqilliyinin 26-cı ildönümü münasibətilə hərbi texnika sərgilənir.


Müəllif: Səxavət

Oxşar xəbərlər