25 Avqust 2017 14:27
726
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Petro Poroşenko Müstəqillik günü münasibətilə ölkənin tanınmış ictimai-siyasi, görkəmli mədəniyyət xadimləri, idmançılar, sənaye işçilərinin mükafatlandırılması barədə fərman imzalayıb.

Teleqraf.com Ukrayna prezidentinin rəsmi saytına istinadla xəbər verir ki, mükafatlandırılanlar arasında azərbaycanlı heykəltəraş Seyfəddin Qurbanov da var. O, “Vətənə xidmətə görə” 3-cü dərəcəli mükafata layiq görülüb. Seyfəddin Qurbanovdan başqa bu mükafatla sinxron üzgüçülük üzrə Ukraynanın milli komandasının üzvü, Avropa çempionu və dünya çempionatlarının mükafatçısı Anna Voloşin, ictimai xadimlər Aleksandr Mixa və Nikolay Klyuçka təltif edilib. Ümumilikdə Xarkov vilayətinin 14 sakini mükafatlandırılıb.

Qeyd edək ki, Seyfəddin Qurbanov 1962-ci ildə Naxçıvan Muxtar Respublikasının Siyaqut kəndində anadan olub, Ukraynanın Xalq Rəssamı, Xarkov Dövlət Dizayn və İncəsənət Akademiyasının heykəltəraşlıq kafedrasının müdiri, Xarkov vilayətinin fəxri vətəndaşıdır, Azərbaycanın və xarici ölkələrin çoxsaylı təltiflərinə, o cümlədən “Tərəqqi” medalına layiq görülüb.


Müəllif: Nərgiz

Oxşar xəbərlər