Nə qədər ki, yerli əhali İraq hökumətini dəstəkləyir, İŞİD terrorçuları Mosula dönə bilməyəcək.
Teleqraf.com xəbər verir ki, bu sözləri İraq ordusunun Neynəva briqadasının komandanı, generalı Nadəm Əl-Cəbəri "Ria-Novosti"yə açıqlamasında deyib.
Əl-Cəbəri bildirib ki, təhlükəsizlik qüvvələri ilə vətəndaşlar, eləcə də hökumət arasında həmrəylik var: "Əgər bu birlik saxlansa, İŞİD geri qayıtmayacaq. İnsanlar onların ideyalarının qəti əleyhinədir".