Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və ölkənin ilk prezidentinin dul xanımı Tatyana Kərimova bu gün İslam Kərimovun ilk heykəlinin açılışında iştirak ediblər.
Teleqraf.com xəbər verir ki, heykəl İ.Kərimovun vaxtilə çalışdığı Daşkənddəki Ağsaray iqamətgahının qarşısında ucaldılıb. Mərasimdə Baş nazir Abdulla Aripov, hökumət üzvləri, nazirliklərin, digər dövlət qurumlarının nümayəndələri, parlament üzvləri və ictimaiyyət fəalları iştirak ediblər.
Bürünc heykəlin müəllifi bununla bağlı elan edilmiş beynəlxalq müsabiqənin qalibi İlham Cabbarov olub.
Xatırladaq ki, 1989-cu ildən Özbəkistana başçlıq edən İ.Kərimov 2016-cı il sentyabrın 2-də 78 yaşında insultdan vəfat edib. O, doğma şəhəri Səmərqənddə dəfn edilib. Bu ilin yanvarında Prezident Ş.Mirziyoyev İ.Kərimovun xatirəsinin əbədiləşdirilməsi barədə fərman imzalayıb. Fərmanda İ.Kərimova Daşkənd, Səmərqənd və Karşi şəhərlərində heykəllər ucaldılması öz əksini tapıb.