Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çanaqqala şəhidlərinin uyduğu bölgədə keçirdikləri tədbir zamanı spirtli içki qəbul edən Cümhuriyyət Xalq Partiyası (CHP) rəhbərliyini sərt sözlərlə tənqid edib.
Teleqraf.com xəbər verir ki, Ərdoğana görə, CHP yarandığı gündən şəhidlərə sayqı duymayıb: "Onlar şəhidlərimizə ayrıseçkilik edirlər. Çanaqqalada şəhidlərimizin uyduğu o torpaqlarda ana mxalifət partiyasının keçirdiyi tədbirdə nə baş verdiyini gördünüz. Onlarda şəhidlərimizə, qazilərimizə sayqı yoxdur. Bunlar keçmişdə də belə idi. Məscidlərimizi tövləyə çevirən bunlar deyildi?".