Futbol üzrə Türkiyə və Ukrayna yığma komandalarının oyunundan əvvəl FEMEN hərəkatının üzvü olan qadınlardan biri Prezident Rəcəb Tayyib Ərdoğana etiraz edib.
Teleqraf.com-un Türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə, 2018-ci il Dünya kuboku yarışmasının İ qrupundakı Türkiyə ilə Ukrayna arasındakı maçt Xarkovda baş tutub. Yarışdan öncəki mərasim zamanı sinəsinə "Killer Ərdoğan" yazılmış çılpaq bir qadın qəfildən zala girərək Türkiyə prezidentinə etiraz göstərisi nümayiş etdirib.
Qeyd edək ki, "Femen" 2008-ci ildə Anna Hutsol tərəfindən yaradılıb. Qrupun aktivistləri insan hüquqları ilə bağlı aksiyaları ilə məşhurdur.