İran Ər-Riyaddan gələcək açıqlama səbəbindən ABŞ və Səudiyyə Ərəbistanı üçün hava sahəsini bağlayıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Səudiyyə kralı Salman ibn Əbdüləziz əs-Səud ABŞ Prezidenti Donald Trampla telefon əlaqəsi saxlayıb.
İddialara görə, danışıqlar zamanı kral yaxın zamanlarda taxtını oğlu, şahzadə Məhəmmədə verəcəyini Trampa bildirib.
İranın bu addımının da Ər-Riyad rəhbərliyində ediləcək dəyişikliklərlə bağlı olduğu bildirilib. Dəyişiklik məlumatları Tehran tərəfinin ciddi narahatlığına səbəb olub.