Rusiyanın Perm vilayətində dəhşətli olay baş verib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, üç gənc onlarla mübahisə edən yeniyetmə qızı cəzalandırmaq qərarına gəlib.
Onlar yeniyetməni meşəyə gətirib və burada döyüblər. Bununla da ürəyi soyumayan gənclər qızın saçlarını yandırıblar. Onlar yeniyetmənin yalvarışlarına belə fikir verməyiblər.
Hadisə gənclərdən biri tərəfindən mobil telefon vasitəsilə lentə alınıb və sosial şəbəkədə paylaşılıb. Videonun paylaşılmasından sonra hərəkətə keçən polis həmin şəxsləri həbs edib.
Həmin görüntüləri təqdim edirik: