19 Sentyabr 2017 08:07
652
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın sabiq ədliyyə naziri Aleksandr Lavrinoviç həbs edilib.

Teleqraf.com xəbər verir ki, sabiq nazir 2014-cü ilə qədər prezident Yanukoviçin komandasında təmsil olunub. Viktor Yanikoviç Rusiyaya qaçdıqdan sonra isə ədliyyə naziri postundan gedib.

Aleksandr Lavrinoviç 2010-cu ildə Yanukoviç hakimiyyətə gəldikdən sonra ölkədə keçiriləm konstutisiyanı dəyişikliyi səbəbindən həbs edilib.

Sabiq nazir Yanukoviç zamanı həyata keçirilən konstutisya dəyişikliyində rol aldığına və bununla da ölkədə sakit çevriliş həyata keçirməkdə təqsirli bilinib.

Onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.

Sabiq nazir isə bəyan edib ki, indiki hakimiyyət onu həbs etməklə əslində diqqəti ölkənin həll edə bilmədiyi problemlərindən yayındırır və əvvəlki iqtidar nümayəndələrindən qisas alır.


Müəllif: Cavad

Oxşar xəbərlər