Meksikanın Benito Xuares adına beynəlxalq aeroportu öz işini bərpa edib.
Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbərinə görə, dünən axşam baş verən zəlzələ ilə əlaqədar aeroport bir neçə saatlığa bağlanmışdı.
"Benito Xuares adına beynəlxalq aeroport saat 21.00-da (Bakı vaxti ilə 01.00) fəaliyyətini bərpa edib", - aeroportun rəhbərliyi Tvitterdə bildirib.
Qeyd edək ki, Meksikada 7.1 bal gücündə zəlzələ yerli vaxtla saat 18.14-də (Bakı vaxtı ilə 22.14-də) qeydə alınıb. Zəlzələnin episentri Puebla-de-Saraqosa şəhərindən 49 km aralıda yerləşir. Zəlzələnin ocağı yerin 60 km dərinliyindədir.
Zəlzələ nəticəsində ən azı 44 nəfər həlak olub.